QHT “Aprel Şəhidlərini tanıdaq" adlı layihəsinin son tədbirini keçirib

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstək Şurasının maddi dəstəyi ilə "Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi" İctimai Birliyi görmə, eşitmə və nitq məhdudiyyətli şəxslər arasında Aprel şəhidlərinin təbliğinə həsr olunmuş növbəti və son tədbirini keçirib. Tədbir "Səs" qəzetinin dəyirmi masa zalında QHT rəhbərlərinin və media nümayəndələrinin iştirakı ilə keçirilib.

Tədbiri giriş sözü ilə "Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri, layihə rəhbəri Rövşən Ağamalıyev açıb. Bildirib ki, təqdim olunan "Aprel Şəhidlərini tanıdaq" adlı videoçarx Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstək Şurasının maddi dəstəyi ilə "Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi" İctimai Birliyi layihəsi əsasında SƏS TV tərəfindən çəkilib. Bildiyimiz kimi, 2016-cı il aprel ayının 1-dən 4-nə qədər Ermənistan silahlı qüvvələri sərhədyanı kəndlərimizi, qoşunların təmas xəttindəki yaşayış məntəqələrimizi amansızcasına atəşə tutmuşdular. Baş komandan cənab Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Ordusu əks hücuma keçərək işğalçı ordunu geri oturtmaqla bərabər xeyli ərazilərimizi azad edib.

Rövşən Ağamalıyev oktyabrın 11-i tarixində 3 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün respublika xüsusi internat məktəbində, oktyabrın 30-u tarixində 5 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün respublika xüsusi internat məktəbində keçirildikləri tədbirlərdə hər iki məktəbin direktoruna Bahar Kərimova və İradə Vəzirovaya tədbiri yüksək səviyyədə təşkil etdikləri üçün rəhbərlik etdiyi təşkilatın adından minnətdarlığını bildirib. Rövşən Ağamalıyev onu da diqqətə çatdırıb ki, Bahar Kərimova böyük bir kollektivə rəhbərlik edir, təkcə müəllim kontingenti 200 nəfərdən çoxdur. Təhsil müəssisəsində keçirdiyimizi görüş zamanı tədbirdən sonra Bahar Kərimova uşaqların əl işləri və başqa bacarıqları ilə qonaqları yaxından tanış edib.

Tədbirdə çıxış edən Səs İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev layihə rəhbərinə təşəkkür edib və bu mövzuya toxunduğu, Aprel şəhidlərini bütün təbəqələr - sosial və sağlamlıq durumundan, yaşından asılı olmayaraq hər kəsə şəhidlərimiz haqqında bilgi verdiyi, təbliğ etdiyi üçün minnətdarlığını bildirib.
Vəli Vəliyev filmin çəkilişində qarşılaşdıqları çətinliklərdən, bəzi qurumların məsələyə biganə yanaşmasından da danışıb.

Tədbirdə "Beynəlmiləl Əlil Döyüşçülər Fondu"nun prezidenti Sərraf Oruc, "Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək" İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov, "20 yanvar cəmiyyətinin sədri Sultan Əzimzadə, "Beynəlmiləl Əlil Döyüşçülər Fondu"nun hüquqşünası Emin Qasımov çıxış ediblər.

Tədbirdə iştirak edən 3 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün respublika xüsusi internat məktəbinin müəllimləri Günel Kərimova və Svetlana Həsənova çıxış edərək belə tədbirlərin uşaqlar üçün böyük maarifləndirici rolu olduğunu diqqətə çatdırıblar. Məktəbin rəhbərliyi Bahar Kərimovanın adından Rövşən Ağamalıyevə minnətdarlıqlarını bildiriblər.

Daha sonra tədbir QHT rəhbərlərinin diskussiyaları ilə davam edib.

Sia.az

ƏVVƏLKİ XƏBƏR

“VKontakte” sosial şəbəkəsi rəylərə “dislike” funksiyasını əlavə edəcək

SONRAKI XƏBƏR

Quş qripi ilə bağlı yoxlama başladı - Abşeron Milli Parkında səhra laboratoriyası qurulub