İslam dünyasının birliyi ilə bağlı Beynəlxalq Vəhdət Konfransı işinə start verib

İslam dünyasının birliyi ilə bağlı Beynəlxalq Vəhdət Konfransı işinə start verib

İranın paytaxtı Tehranda 33-cü Beynəlxalq Vəhdət Konfransı işinə başlayıb...

İnterAz SalamNews-a istinadla xəbər verir ki, 33-cü Beynəlxalq Vəhdət Konfransı İran prezidenti Həsən Ruhaninin çıxışı ilə başlayıb.

Həsən Ruhani bu çıxışında islam ölkələrini bir olmağa və ABŞ-ın hegomonluğu qarşısında zəruri tədbirlər görməyə, eləcə də İsrailin fələstinlilərə qarşı cinayətləri məsələsində ciddi addımlar atmağa çağırıb.

Qeyd edək ki, Məhəmməd Peyğəmbərin (s) doğum gününün təsadüf etdiyi həftə vəhdət və birlik həftəsi kimi qeyd edilir və bu həftədə müsəlmanları birliyə çağıran beynəlxalq tədbirlər keçirilir.

 

Mənbə: www.interaztv.com