"Xaçmazın yeni İcra başçısı ilə əlaqə saxlamaq müşkülə çevrildi"-FOTO FAKT

"Xaçmazın yeni İcra başçısı ilə əlaqə saxlamaq müşkülə çevrildi"-FOTO FAKT

Prezident İlham Əliyev oktyabrın 31-də Elnur Rzayevin Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bu təyinatdan sonra təyin edilən yeni icra başçısının Prezidentin tapşırıqlarına uyğun olaraq əhali ilə sıx görüşdüyü, hətta xüsusi görüş günlərini ləğv edərək onlara qapını açıq elan etdiyi xəbəri mediada dəfələrlə işıqlandırılıb. Lakin, nədənsə bu qədər "açıq qapı" olan bir yerdə telefonumuza cavab verən kimsə tapılmır.

Bununla bağlı Sonxeber.az Xaçmaz rayon İcra Hakimiyyəti ilə əlaqə yaratdı. Xatırladaq ki, hər İcra strukturunda olduğu kimi, Xaçmaz rayonunun da rəsmi səhifəsində aparat strukturunda olan şəxslərin əlaqə nömrələri qeyd edilməlidir. Hansı ki, həmin bölmədə adəti üzrə icra strukturunda işləyən hər bir şəxsin, icra başçısından tutmuş ta ki, xidmətçisinə əlaqə nömrələri və adları qeyd edilir. Xaçmaz Rayon İcra Hakimiyyətinin rəsmi səhifəsində təəssüf ki, belə deyil və əlaqə bölməsində olan tək nömrəyə də cavab verilmir. Maraqlıdır, hər kəsə qapını açıq elan edən qurum niyə öz rəsmi saytında əlaqə nömrəsi qeyd etmir?
Sonda bildirək ki, 30 oktyabr tarixində Xaçmazın 81 yaşlı sabiq icra başçısı Şəmsəddin Xanbabayevin işdən çıxması ilə əlaqədar Xaçmaz İcra Hakimiyyəti ilə əlaqə yaradılıb və xəbər təkzib edilərək zənglərimizə kobud şəkildə "Heç bir dəyişiklik yoxdur bizdə, heç kəs də düşməsin əl- ayağa, sakitçilikdir, narahat olmayın" deyilərək cavab verilib.
FOTOLARI təqdim edirik:


 

 

 

 

 

 

Mənbə: sonxeber.az