Londonda Avropanın ən böyük “yaşıl divarlı” binası tikiləcək - FOTO

Londonda Avropanın ən böyük “yaşıl divarlı” binası tikiləcək - FOTO

London şəhərinin yeni siması olacaq bina inşa ediləcək.

Qeyri-adi “yaşıl divar”lı bina Londonda yerləşən “Sheppard Robson” dizayn şirkəti tərəfindən hazırlanıb.

On bir mərtəbəli bina şəhərin mərkəzində yerləşəcək.

Binanın fasadlarında yerləşdiriləcək 400 min bitki karbon qazını udaraq oksigen istehsal edəcək.

“Citicape House”da beşulduzlu hotel, tədbirlərin keçirilməsi üçün otaqlar, spa salonu və restoran olacaq.

Mənbə: www.oxu.az