Vilayət Eyvazov bu rayona yeni rəis müavini təyin etdi

Vilayət Eyvazov bu rayona yeni rəis müavini təyin etdi

Ağcabədi Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsinə yeni təyinat olub.

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov uyğun əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Rüfət Məmmədov Ağcəbədi Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Qeyd edək ki, R.Məmmədov bundan əvvəl Ağcabədi RPŞ-nin İstintaq bölməsinin rəisi işləyib. Onun yerinə hələ ki təyinat yoxdur.

Mənbə: report.az