ABŞ-ın orta-qrəb bölgələrində soyuq hava şəraiti rekord həddə çatıb

ABŞ-ın orta-qrəb bölgələrində soyuq hava şəraiti rekord həddə çatıb

Arktik partlayışın orta-qrəb bölgələrində səbəb olduğu rekord həddə çatan soyuq hava şəraiti hazırda Birləşmiş Ştatların şərqinə yayılıb.

Miçiqanın cənub-qərbində bir nəfər qar təmizləyən maşının altında qalaraq ölüb.

Çərşənbə günündən başlayaraq, erkən mövsümün qar fırtınası ölkənin şimal-şərq bölgələrində temperaturu çox aşağı səviyyəyə salıb. Bəzi yerlərdə cümə axşamı temperaturun daha aşağı düşəcəyi proqnozlaşdırılıb.

Milli Hava Xidməti Mərkəzindən meteoroloq Mark Blumer Meyn ştatının Caribu bölgəsində də havanın sərtləşəcəyini bildirib.

Bu günlər Nyu-York, Baffalo, Börlington, Vermont və Ohayonun bəzi bölgələrində aşağı temperatur qeydə alınıb. Soyuqlar çərşənbə günü Börlinqtonda, Pensilvaniyanın bəzi bölgələrində, Alabama və Missisipini bürüyüb.

Mənbə: www.amerikaninsesi.org