Salyanda 30 yaşlı kişi bıçaqlanıb

Salyanda 30 yaşlı kişi bıçaqlanıb

Salyan rayonunda bıçaqlanma hadisəsi olub.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun heyvan alqı-satqısı bazarında qeydə alınıb.

Belə ki, həmin bazarın mühafizəçisi, Salyan şəhər Böyükağa Talıblı küçəsi, ev 12 ünvanında yaşayan, 1989-cu il təvəllüdlü Novruzov Anar Saləddin oğlu naməlum şəxslər tərəfindən boğaz nahiyəsindən bıçaqlanıb. Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralı cərrahi əməliyyat olunub. A.Novruzovun dediyinə görə, bazarda mühafizədə olduğu vaxt çöldə səs-küy eşidib. O, çölə çıxan kimi tanımadığı şəxslər A.Novruzova hücum edib. Nəticədə o, bıçaq xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az