Neftçalada yol qəzası Motosİkletçİ ağır xəsarət aldı

Neftçalada yol qəzası Motosİkletçİ ağır xəsarət aldı

Bu gün axşam saatlarında Neftçala rayonunun mərkəzində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, rayonun Həsənabad qəsəbəsinin 38 yaşlı sakini Eldar İlqar oğlu Əsgərovun idarə etdiyi 10 GG 488 dövlət nömrə nişanlı VAZ-21074 markalı minik maşını ilə 38 yaşlı Taleh Hacıbaba oğlu Əhmədovun idarə etdiyi motosikletin toqquşub. Qəza nəticəsində T.Əhmədov ağır qapalı kəllə-beyin travması ilə Neftçala Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda o koma vəziyyətində olduğu üçün Bakıdan mütəxəssis-həkim dəvət olunub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: virtualaz.org