Savadı olmayan 78 yaşlı qadın Quran hafizi oldu

Savadı olmayan 78 yaşlı qadın Quran hafizi oldu

Hicazın Əl Qasim bölgəsinin Unayza şəhər sakini 78 yaşlı qadın heç bir savadı olmadan bütün Qurani-Kərimi hifz edərək hafiz olmuşdur.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, məlumata görə, savadı olmayan 78 yaşlı Umm Xalid əl-Yəbəsi, Unaiza şəhərindəki qadınlar üçün "Darul-Quran" kurslarına 27 il sistemli şəkildə qatıldıqdan sonra Qurani-Kərimi hifz etməyi bacarmışdır.

Assosiasiyanın rəhbərliyi Umm Xalidin yaşlı olmasına baxmayaraq, Qurani-Kərimin əzbərlənməsində etdiyi səyləri yüksək qiymətləndirmişdir. 30 oktyabrda 27 ildən sonra "Darul Quran" kurslarına mütəmadi və sistematik qatıldıqdan sonra əl-Yəbəsi Quran hafizi oldu.

Mənbə: news.milli.az