15 dəqiqə yerimək 100 milyard dollar qazanc verə bilər

15 dəqiqə yerimək 100 milyard dollar qazanc verə bilər

İşəgötürənlər işçilərini Ümumdünya Sağlamlıq Təşkilatının məşqlə əlaqədar qaydalarına əməl etməyə təşviq edə bilsə, dünya iqtisadiyyatı ildə 100 milyard dollar qazana bilər.

Milli.Az Sputnik-ə istinadən xəbər verir ki, "Vitality" sağlamlıq sığortası firması və "RAND Europe" düşüncə mərkəzinin apardığı bir araşdırmaya görə, gündəlik artıq 15 dəqiqə yerimək və ya 1 kilometrlik məsafəni templə yerimək işçinin məhsuldarlığını artırır, ömür müddətini uzadır.

Ömrün uzandığı və işçilərin daha az xəstələnib icazə almadıqları üçün ümumi iş müddəti artır və bu da uzunmüddətli dövrdə iqtisadiyyat üçün böyük bir artım deməkdir.

7 ölkədən 120 min insan ilə aparılan araşdırma, 18-65 yaş arası yetkinlərin gündə 15 dəqiqə yeridikləri təqdirdə, dünya iqtisadiyyatına illik 100 milyard dollar qazanc təmin ediləcəyini göstərir.

Tədqiqat həmçinin göstərdi ki, 40 yaşlı fiziki cəhətdən hərəkətsiz bir insan gündə 20 dəqiqəlik sürətli gəzməklə ömrünü orta hesabla 3,2 il uzada bilər.

Araşdırmanın hərəkətsizliklə məhsuldarlıq arasındakı mühüm əlaqəni göstərdiyini söyləyən RAND Europe-nin sədri Hans Punq, araşdırmanın nəticələri sayəsində siyasətçilər və işəgötürənlərin də dünyagörüşlərini yeniləməli olduğunu vurğulayıb.

Ümumdünya Səhiyyə Təşkilatı bütün yetkin insanlara həftədə ən azı 150 dəqiqə və ya həftədə 75 dəqiqə intensiv məşqlər etməyi tövsiyə edir.

Milli.Az

Mənbə: news.milli.az