Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi ilin ən yaxşı təşkilatı seçilib

Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi ilin ən yaxşı təşkilatı seçilib

Gəncə şəhər İcra Hakimiyyəti Başçısının yanında Gəncə Avtomobil Nəqliyyatı ilə sərnişindaşıma idarəsi ilin ən yaxşı təşkilatı seçilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən qeyd olunan “Layiqli Əmək uğrunda fəaliyyət günün” keçirilməsi ilə əlaqədar DİİXİHİ Gəncə şəhər komitəsində birləşən idarə, müəssisə və təşkilatlara Əməyin mühafizəsi üzrə komissiya ilə birgə baxış keçirilərək layiqli əmək şəraitinin vəziyyəti yoxlanılıb. Yoxlanıldıqdan sonra idarələr arasında seçim mərhələsi baş tutub. Seçilən təşkilat Respublika Komitəsinə müsabiqəyə göndərilib.

Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə “İlin ən yaxşı müəssisəsi” (təşkilatı) devizi ilə keçirilən Respublika Müsabiqəsində ən yaxşı nəticələrinə görə Gəncə şəhər İcra Hakimiyyəti Başçısının yanında Gəncə Avtomobil Nəqliyyatı ilə sərnişindaşıma idarəsi Azərbaycan Dövlət İdarələri və İçtimai Xidmət işçiləri Respublika Komitəsi tərəfindən müsabiqənin qalibi olub. Beləliklə DİİXİHİ Respublika Komitəsinin fəxri diplomu ilə təltif edilib. Respublika Komitəsi tərəfindən təltif olunan Diplom təntənəli surətdə əmək kollektivinə təqdim olunub.

Təşkilatın rəhbəri Araz Rəfibəyli əmək kollektivi adından Respublika Komitəsinin sədri cənab Hikmət Osmanova Respublika müsabiqəsində “ilin ən yaxşı təşkilatı” seçildikləri üçün dərin təşəkkürünü bildirib.

Mənbə: moderator.az