Akif Nağı Türkiyə BMM-də Rəcəb Tayyib Ərdoğanın nitq söylədiyi toplantıda iştirak etdi - FOTO

Akif Nağı Türkiyə BMM-də Rəcəb Tayyib Ərdoğanın nitq söylədiyi toplantıda iştirak etdi - FOTO

Akif Nağı Türkiyə Böyük Millət Məclisində prezident Rəcəb Tayyib Ərdoğanın nitq söylədiyi toplantıda iştirak etdi

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının Türkiyə səfəri davam edir. Bu gün QAT sədri Akif Nağı “Dünya Azərbaycanlıları Platformu”nun başqanı, AK partidən son parlament seçkilərində millət vəkilliyinə namizəd, ictimai- siyasi xadim Samir İsgəndəroğlu, “Dünya Azərbaycanlıları Platformu” nun İdarə heyətinin üzvü, araşdırmaçı, AK partidən parlament seçkilərinə namizəd Vəfa Aktuz birlikdə Türkiyə Böyük Millət Məclisində olublar. İlk olaraq onlar AK partinin AKP partiya qrupunun həftəlik toplantısına qatılıblar. Toplantıda Türkiyənin prezidenti, AK partinin başqanı Rəcəb Tayyib Ərdoğan bir saatlıq nitq söyləyib. Ötən həftə ərzində Türkiyənin daxili və xarici siyasəti ilə bağlı önəmli məsələlərə toxunub, əsas istiqamətləri ilə bağlı fikirlərini bildirib və toplantı iştirakçılarının qarşısında vəzifələr qoyubdur.

Bu toplantıdan sonra A.Nağı, S.İsgəndəroğlu, V.Aktuz bir sıra millət vəkilləri ilə, o cümlədən Kocaelidən AKP-li millət vəkili Cəmil Yaman, Balıkəsirdən AKP-li millət vəkili Yavuz Subaşı, Kayseridən AKP-li millət vəkili, keçmiş Enerji naziri, millət vəkili Taner Yıldız, Hataydan AKP-li millət vəkili, keçmiş Mədəniyyət və Turizm nazirinin müavini Hüseyin Yayman, İğdırdan millət vəkili MHP-li Yaşar Qaradağ, Bursadan sabiq daxili işlər naziri, millət vəkili AKP-li Əfqan Ala və digərləri ilə önəmli görüşlər keçiriblər. Görüşdə Qarabağ həqiqətlərinin təbliği ilə bağlı, Türkiyədə ictimai rəyin daha ciddi şəkildə Qarabağ münaqişəsi ətrafında cəmləşdirilməsi, Azərbaycanla Türkiyə arasında ictimai-siyasi, rəsmi və qeyri rəsmi səviyyədə əlaqələrin daha da gücləndiriləmsi istiqamətində söhbətlər olub, müzakirələr aparılıb, bir sıra əməkdaşlığa dair razılıqlar əldə olunubdur.

Görüşlərdə Akif Nağı Qarabağ həqiqətləri ilə bağlı müxtəlif dillərdə hazlırlanmış kitabları millət vəkillərinə təqdim edib. QAT sədri Akif Nağı bu görüşlərlə bağlı fikrini bildirib:

“Bu səfərimiz çox uğurlu oldu, Türkiyə Ankaraya son səfərimizin son günü idi. Burada bir sıra Qarabağ həqiqətlərinin çatıdırılması, düzgün ictimai rəyin formalaşdırılması istiqamətində bir sıra önəmli insanlarla bir daha yaxından tanış olduq, o cümlədən “Dünya Azərbaycanlıları Platformu”nun rəhbəri Samir İsgəndəroğlu, həmin qurumun İdarə heyətinin üzvi Vəfa Aktuz və digərləri ilə yaxından tanış olduq və hesab edirəm ki, bu əməkdaşlıq yaxın vaxtlarda özünün müsbət nəticələrini verəcək. Türkiyədə fəaliyyət göstərən soydaşlarımızla bağlı , onların rəhbərlik etdiyi qurumlarla bağlı əlaqələr çox vacibdir, eyni zamanda biz Samir bəyin vasitəsi ilə parlamentdə bir çox önəmli görüşlər keçirdik. Millət vəkillərindən bizim mövqeyimizə, bizim yanaşmamıza çox xoş münasibət gördük. İstər AKP-li, istərsə MHP-li millət vəkilləri bizim mövqeyimizə diqqətlə yanaşdılar və onlardan bizim müraciətimiz, sözümüz , xahişimiz ondan ibarət oldu ki, daha tez-tez Qarabağ məsələsi ilə bağlı parlamentdə çıxışlar etsinlər, müxtəlif tədbirlər keçirsinlər, Azərbaycana və Türkiyəyə qarşılıqlı səfərlər təşkil olunsun və digər ictimai rəyə təsir edən addımlar atılsın. Dediyimiz təkliflərin hamısı müsbət qarşılandı və ümid edirəm və inanıram ki, doğurdan da bu səfərin yekunu olaraq işlərimizdə yəni Qarabağ həqiqətlərinin təbliği ilə bağlı, Qarabağın işğaldan azad olunmasına öz payımızı vermək baxımından xeyli mühüm, vacib işlər üçün ciddi bir zəmin hazırlandı. İndiyənə qədər də işlərimiz olubdur, amma biz dayanmamalı və hər yerdə də sözümüz ondan ibarətdir ki, biz hər yerdə güclərimizi birləşdirməliyik. Türkiyədə də insanlar var ki, Qarabağ naminə fədakarlıqla çalışırlar. Azərbaycanda da var digər yerlərdə də var, amma pərakəndə fəaliyyət istədiyimiz nəticəni vermir. Ona görə də əsas nəticə, əsas yekun olaraq bu rəyi bildirə bilərik ki, güclərimizi qüvvələrimizi, fəaliyyətlərimizi birləşdirməliyik. Əgər birləşəriksə hökmən ciddi bir nəticə olacaqdır”.

 

Mənbə: moderator.az