Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin mühəndis-pedaqoji heyəti təlimlərə cəlb olunub

Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin mühəndis-pedaqoji heyəti təlimlərə cəlb olunub

Bakı, 20 noyabr, AZƏRTAC

Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsi İKT bilik və bacarıqlarının artırılması istiqamətində ixtisasartırma təlimlərinə başlayıb.

Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, təlimlərə mərkəzin mühəndis-pedaqoji heyəti də cəlb olunub.

Xatırladaq ki, ölkə üzrə peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyətindən 474 nəfərin ixtisasartırma təlimlərinə cəlb olunması nəzərdə tutulub.

Mənbə: azertag.az