QAT rəhbərliyi 20 noyabr şəhidlərini andı

QAT rəhbərliyi 20 noyabr şəhidlərini andı

Bu gün Qarakənd faciəsinin 28-ci il dönümü ilə bağlı Qarabağ AzadlıqTəşkilatının fəalları Fəxri Xiyabanı ziyarət etdilər. Şəhidlərin məzarına gül dəstələri qoyuldu, ruhlarına dualar oxundu, əziz xatirələri yad edildi.

Xatırladaq ki, Qarakənd faciəsi və ya 20 noyabr faciəsi 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, erməni hərbi dəstələri tərəfindən törədilib. Xatırladaq ki, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub. Həlak olanlar arasında Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev var idi. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Mənbə: moderator.az