Bu klinikada həkimlərin yarısı eyni vaxtda hamilə qaldı - FOTO

Bu klinikada həkimlərin yarısı eyni vaxtda hamilə qaldı - FOTO

Amerikanın Corcia ştatının "Therapy Trails" loqopediya mərkəzində 8 həkim eyni vaxtda hamilə qalıb.

BiG.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "WTOK-TV" məlumat yayıb.

Mərkəzin sahibi Elizabet Pivinin sözlərinə əsasən, artıq altıncı işçi hamilə qaldığı zaman klinikada cəmi 12 həkim işləyib. Belə çıxır, həkimlərin 50 faizi eyni vaxtda ana olub.

Klinikanın 5 həkimi artıq uşaqlarını dünyaya gətirib.

Maraqlısı budur ki, Elizabetin özü də hamilə olduğunu etiraf edib.

Xatırladaq ki, oktyabr ayında İspaniyanın Barselona şəhərindəki xəstəxanalardan birində 7 tibb bacısının eyni zmanda hamilə qaldığı məlum olub. Sosial şəbəkələrdə yayılan şəkildə qadınlar qarınlarını göstərərrək poz verirlər.

Natəvan Baxşiyeva

Mənbə: big.az