Xəstə tələbələr hara müraciət etsin? - “Onlara tibbi xidmət pulsuz olmalıdır” - Ekspert

Xəstə tələbələr hara müraciət etsin? - “Onlara tibbi xidmət pulsuz olmalıdır” - Ekspert

“Azərbaycanda fəaliyyət göstərən ali təhsil ocaqlarının heç birində tibb məntəqəsi yoxdur”.

Bunu Cebhe.info-ya açıqlamasında təhsil ekspert Kamran Əsədov universitetlərdə tibb məntəqəsinin olması məsələsindən danışarkən deyib.

Onun sözlərinə görə, qanunvericilik aktlarına görə hər bir universitetdə tibb məntəqəsi fəaliyyət göstərməlidir:

“Amma demək olar ki, yoxdur. Yalnız Bakı Dövlət Universitetinin poliklinikası var. Bu, çox vacib məsələdir. Hansısa tələbənin və yaxud universitet işçisinin səhhəti ilə bağlı problemi varsa, həmin şəxs özü tibb otağına gəlməli və ilkin tibbi müayinədən keçməlidir. Bunun üçün ali təhsil ocaqlarında tibb məntəqəsi, bəzilərində həkim otağı, bəzilərində isə hətta poliklinikalar fəaliyyət göstərməlidir. Tibb məntəqələrində tələbələrə göstərilən tibbi xidmətlər isə pulsuz olmalıdır”.

Maraqlıdır, hazırda hansı ali təhsil ocaqlarında tibb məntəqəsi fəaliyyət göstərir?

Səhiyyə Nazirliyinin mətbuat katibi Elvin Hacıyev bununla bağlı məlumatı olmadığını və Təhsil Nazirliyinə müraciət etməyimizi istəyib.

Təhsil Nazirliyi isə zənglərimizə cavab verməyib.

Alçina Amilqızı
Cebhe.info

 

 

Mənbə: cebhe.info