Qadın və 4 azyaşlı övladı bu havada küçədə qaldı - Polis onları sığınacağa yerləşdirdi

"Bu havada küçədə qalmış 4 uşaq və analarını polis əməktaşları sığınacağımıza gətirdi."

Bunu Press.az-a Mehriban Zeynalovanın rəhbəri olduğu "Qadın və uşaq sığınma evi"-dən bildirilib.

Sığınacaqdan verilən məlumatda qeyd edilib ki, xanımın dediyinə görə uşaqlarla ona evdə yaşama hüququ verilməyib.

"Prezident aparatı artıq bu məsələni öz nəzarətinə götürüb. İnanırıq ki tezliklə bu uşaqlar isti yuvalarına qovuşacaqlar."- deyə bildirilib.

Press.az

ƏVVƏLKİ XƏBƏR

Brembo elektrokarlar üçün səssiz əyləc mexanizmləri hazırlayacaq - FOTO

SONRAKI XƏBƏR

DİN əməkdaşları narkotik satan şəxsi saxlayıblar