Bakı-Sumqayıt yolu bağlanıb: Yoldakı nişan belə deyir - VİDEO

Bakı-Sumqayıt yolunun üzü Sumqayıt istiqaməti olan hissəsində (Ekologiya Postunun qarşısında) müvəqqəti yol nişanları quraşdırılıb.

Press.az Avtosfer.az-a istinadən xəbər verir ki, təmir gedən ərazidə qanunauyğun olmayan nişanlar sürücüləri çaşdırır. Belə ki, yolun hərəkət hissəsində olan maneənin qarşısına 4.2.2 nişanı (maneəni soldan keçmə nişanı) quraşdırmaq əvəzinə, 4.1.3 nişanı (Sola məcburedici nişan) quraşdırılıb. Hazırda mövcud olan 4.1.3 nişanı sürücülərin düzünə-Sumqayıt istiqamətinə getməsinə icazə vermir.

Qeyd edək ki, həmin ərazidə olan sürət nişanları barədə də Avtosfer.az saytında məlumat dərc edilmişdi. Lakin hələ də həmin təhlükə yaradan nişanlar ərazidən götürülməyib.

 

Press.az

ƏVVƏLKİ XƏBƏR

İslam Dövlətinə qoşulan sabiq İrlandiya əsgəri həbs edilib

SONRAKI XƏBƏR

Benzin bahalaşıb