Gənc könüllü: "Biz həmin gənclərik ki, burada fəaliyyətimiz hər kəsin gözü önündə mükafatlandırılır"

Gənc könüllü: "Biz həmin gənclərik ki, burada fəaliyyətimiz hər kəsin gözü önündə mükafatlandırılır"

Bu gün Gəncədə 5 Dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə tədbir keçirilib. Bu münasibətlər Gəncə Şəhər İcra Hakimiyyətində təşkil olunan könüllü fəaliyyətini uğurla başa vuran gənclərə sertifikatlar təqdim olunub. Mükafatlandırılan gənclər arasında Azərbaycan Dövlət Aqrar Universitetin tələbəsi, fəal gənclərdən biri olan Surxay Məmmədzadə də yer alıb. Tədbirdən sonra 101.az saytına müsahibə verən Surxay bildirib ki, könüllülər proqramına qoşşulmaq onun çoxdankı arzusu idi.

Surxay Məmmədzadə: "Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndər Heydər Əliyev 1994-cü ildə 2 fevral Gənclər günü elan etməsi ilə bu siyasətin təməlini qoydu. Beləliklə, istedadlı gənclərin üzə çıxarılması onların ölkənin gələcəyinə töhvə vermələrini təmin etdi. Bu gün mən də bir gənc, könüllü olaraq bildirmək istəyirəm ki, gənclərin hər bir sahədə uğurlu fəaliyyət göstərməsi üçün bu istiqamətlərdə addımlar atılır. Ulu Öndər Heydər Əliyevin dediyi kimi: "Siz Azərbaycanın gələcəyisiniz. Siz XXI əsrin qurucularısınız. Siz XXI əsrdə müstəqil Azərbaycanı inkişaf etdirib, yüksəldib daha da böyük bir dövlət etməyə qadir gənclərsiniz". Biz həmin gənclərik ki, burada fəaliyyətimizi hər kəsin gözü önündə mükafatlandırılır. Bu isə gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Mən buna görə Ölkə Prezidenti Cənab İlham Əliyevə və şəhər rəhbəri Niyazi Bayramova öz dərin minnətdarlığımı bildirirəm".

 

Mənbə: 101.az