Yolda qalan qatarlar: Dəmir Yolları 11 ayın statistikasını açıqladı -  ÖZƏL

Yolda qalan qatarlar: Dəmir Yolları 11 ayın statistikasını açıqladı -  ÖZƏL

Bakı-Sumqayıt qatarının və ümumilikdə qatarların hərəkətinin pozulması ilə bağlı tez-tez xəbər yayılır.

Son hadisə isə bu gün yaşanıb. Belə ki, kəskin hava şəraiti ilə əlaqədar gecə 03:25 radələrində Bakı-sərnişin Keşlə mənzilində kontakt şəbəkəsində texniki nasazlıq yaranıb. Hadisə nəticəsində saat 07:50-də Bakıdan, 08:40-da Sumqayıtdan yola düşməlu olan elektrik qatarları hərəkətdə olmayıb.

Təcili bərpa işlərinə başlanılıb və texniki nasazlıq aradan qaldırılıb.

Maraqlıdır, bu il ərzində qatarların hərəkətində neçə dəfə problem yaranıb?

“Azərbaycan Dəmir Yolları” QSC-dən Cebhe.info-nun sorğusuna cavab olaraq bildirilib ki, 11 ay ərzində qatarların hərəkətində problemlərlə bağlı 76 hadisə qeydə alınıb:

“11 ay ərzində Bakı-Sumqayıt, Bakı-Pirşağı istiqamətində olmaqla, ümumilikdə 5818 elektrik qatarı hərəkətdə olub. Onlardan 5742 qatarın cədvəl üzrə hərəkəti yerinə yetirilib ki, bu da ümumilikdə, 98,7 faiz təşkil edir. Ötən illə müqayisədə bu rəqəm 2,1 faiz çoxluq təşkil edir. Yəni ötən illə müqayisədə bu il qatarların cədvəl üzrə hərəkəti daha çox təmin olunub. Cəmi 76 qatarın hərəkətində müəyyən səbəblərdən, daha çox əlverişsiz hava şəraiti ilə əlaqədar qısamüddətli ləngimə və ya fasilə yaranıb. Bu da 1,3 faiz təşkil edir”.

Səyad Həsənli
Cebhe.info

 

 

Mənbə: cebhe.info