Xızıda “Mən Psixoloqam” layihəsi uğurla davam edir

Xızıda   “Mən Psixoloqam”  layihəsi uğurla davam edir

2019-cu ildə Azərbaycan Respublikası təhsil Nazirliyinin keçirdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsinin qalibi olmuş Milli Qəhrəman R.İsmayılov adına Xızı şəhər tam orta məktəbin fəaliyyəti uğurla davam edir. "Mən Psixoloqam" adlı layihənin rəhbəri məktəbin direktoru Məmmədov Fazil İsmayıl oğludur. Layihənin məqsədi psixoloqlar üçün təlimlərin təşkilidir.

Artıq layihənin I mərhələsi başa çatmışdır. I mərhələdə Türkiyənin tanınmış yazarı və psixoloqu Nazmi Şimşək Azərbaycana dəvət edilmiş,onun "Uşaq və həyat" adlı kitabı Azərbaycan dilinə tərcümə olunub, çap edilmişdir. Nazmi Şimşək Xızı rayonunda fəaliyyət göstərən "Cənnət bağı" istirahət mərkəzinin akt zalında 3 gün müddətində 50 nəfərlik psixoloqlara və müəllimlərə təlim keçmişdir. O,"Uşaq və həyat", "Məktəbdə psixoloji xidmətin təşkili", "Məktəb psixoloqlarının vəzifələri", "Risk qrupuna daxil olan uşaqlarla işin təşkili","Psixoloji xidmət zamanı məktəb və valideyn əlaqələri" və digər mövzularda çıxış etmişdir. Nazmi Şimşəyin mühazirələri müəllimlər və psixoloqlar tərəfindən yüksək qarşılanmışdır.

Psixoloqları və müəllimləri düşündürən suallara Nazmi Şimşək geniş izahat vermişdir.

Aztehsil.com

Mənbə: aztehsil.com