Türkiyədə tütün məhsulları ilə mübarizə tədbirləri genişləndirilir

Türkiyədə tütün məhsulları ilə mübarizə tədbirləri genişləndirilir

İstanbul, 5 dekabr, AZƏRTAC

Türkiyədə tütün məmulatları ilə mübarizə, o cümlədən əhali arasında siqaretdən istifadə hallarının azaldılması məqsədilə görülən tədbirlər genişləndirilir.

AZƏRTAC xəbər verir ki, Türkiyədə son illər siqaretdən istifadə edən vətəndaşların sayında artım müşahidə edilir. Bu rəqəm kişilər arasında faiz olaraq 41-dən 44-ə, qadınlar arasında isə 13-dən 19-a yüksəlib. Gənclər arasında isə siqaretdən istifadə halları azalıb.

Bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Vətəndaşların siqaretdən istifadə hallarının minimuma endirilməsi məqsədilə dekabrın 5-dən etibarən ölkədə bütün siqaret markalarının eyni qutularda istehsalına başlanılıb. Bu məqsədlə Türkiyənin bütün bölgələrində tütün məmulatlarından istifadə olumnasına icazə verilən məkanlar da azaldılır. Hazırda ölkənin bütün məişət obyektlərinin siqaretdən istifadə məkanlarının minimuma endirilməsi istiqamətində tədbirlər görülür.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Mənbə: azertag.az