Masallıda gənc könüllülərlə görüş keçirilib

Masallıda gənc könüllülərlə görüş keçirilib

Masallı, 5 dekabr, Bağır Əliyev, AZƏRTAC

Masallı Rayon İcra Hakimiyyətində rayonun gənc könüllüləri ilə görüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov könüllülük fəaliyyətinin rolundan danışaraq Prezident İlham Əliyevin kölüllülük fəaliyyətinin əhatəsinin genişləndirilməsi ilə bağlı verdiyi tapşırığının gənclər tərəfindən böyük razılıqla qarşılandığını bildirib.

Dövlət gənclər siyasətinin icrası istiqamətində ölkəmizdə, o cümlədən Masallı rayonunda görülən işlərdən, gənclərə göstərilən diqqət və qayğıdan danışan Ş.Məmmədov dövlət strukturlarında könüllü gənclərin işlədiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişini aşılamaq, təcrübi biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çılxarılmasını dəstəkləmək və könüllülük hərəkatını inkişaf etdirmək mühüm əhəmiyyət kəsb edir. Masallı rayonunda 28 gənc könüllü müxtəlif işlərdə fəaliyyət göstərir. Dövlət qulluğunda çalışanların əksəriyyətinin məhz gənclər təşkil edir.

Könüllülərdən bir qisminin rayon icra hakimiyyətində təcrübə keçdiyini vurğulayan Ş.Məmmədov bu təcrübələrin onların gələcək əmək fəaliyyətləri dövründə çox böyük rol oynayacağına əminliyini ifadə edib.

Görüşdə gənc könüllülərdən Fuad Mənsimov, Elşən Əkbərli və Ruqayə Hüseynovaya Masallı Rayon İcra Hakimiyyətində könüllülük fəaliyyətini başa vurmaları münasibətilə şəhadətnamələr təqdim olunub.

Gənc könüllülərdən Zamin Məmmədov və Əli Əsədzadə çıxışlarında onlara göstərilən etimada, qayğı və diqqətə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Tədbiri yekunlaşdıran rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov gənc könüllülərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Mənbə: azertag.az