Qızıl tualet ictimaiyyət üçün istifadəyə verildi

Qızıl tualet ictimaiyyət üçün istifadəyə verildi

New York-un Guggenheim Muzeyinin qonaqlarına qızıl tualetdən istifadə təklif olunur.

İtalyan rəssam və heykəltaraş Maurizio Cattelan Amerika adlandırdığı 18 karat qızıldan hazırlanmış tualeti istifadəyə verib.

Bu interaktiv eksponat Guggenheim muzeyinin tualetlərindən birində quraşdırlıb, New Yorker xəbər verir.

Muzey əsəri "cəsarətli və hörmətsiz iş" adlandırıb.

Tualet Guggenheim muzeyindəki ənənəvi unitazın yerində quraşdırılıb.

Muzeyə daxil olmaq üçün pul ödəmiş qonaqlar tualetdən istifadə edə biləcəklər.

Guggenheim-dan bildirilib ki, əsər "insan cəmiyyətinin qaçılmaz reallıqlarını bizə xatırladır".

Əsərin müəllifi, Milanda yaşayan rəssam Cattelan-ın bildirdiyinə görə o, iqtisadi bərabərsizlikdən ilhamlanaraq əsəri yaradıb.

55 yaşlı rəssam qalmaqallı əsərləri ilə tanınır. Bunların arasında meteoritin altında qalmış Roma Papası John Paul II əsəri də var.(BBC)

Mənbə: moderator.az