Moskva: etiraz yürüşü fəalı məhkəmədə sevgilisinə evlənmə təklifi edib

Moskva: etiraz yürüşü fəalı məhkəmədə sevgilisinə evlənmə təklifi edib

Ötən həftə sonu Moskvanın Meşşan məhkəməsində bu yay Rusiya paytaxtında keçirilmiş yürüşlər zamanı "iğtişaş törətməkdə" ittiham olunub həbs edilənlərin işinə baxılıb.

Onlardan birisi Yeqor Lesnıx məhkəmədə "son söz" çıxışı imkanından istifadə edərək bütün tərəfdarlarına, xüsusən də sevdiyi qıza göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib

Bundan sonra Yeqor Lexnıx sevdiyi qıza evlənmək təklifiylə müraciət edib.

"Sevdiyim qızdan xahiş edirəm, əgər etiraz etmirsə, mənim evlənmək təklifimi qəbul etsin, - müttəhim bu sözləri deyərək üzünü hakimə tutub. - Xahiş edirəm, təcridxanada bizim nikahımızın qeydiyyatdan keçirilməsi üçün şərait yaradılsın".

BBC News Rusca müxbirinin xəbər verdiyinə görə, onun bu sözləri məhkəmə zalına toplaşanlar tərəfindən alqışlarla qarşılanıb.

Müttəhimin vəkil Darya adlı qızın barmağına Yeqorun təcridxanada alüminium folqasından düzəltdiyi üzüyü taxıb.

Bir gün əvvəl keçirilən dinləmələ zamanı prokuror Yeqor Lesnıx üçün dörd il həbs müddəti tələb etmişdi.

Məhkəmənin hökmü ilə ona 3 il müddətinə azadlıqdan məhrum olma cəzası kəsilib.

Mənbə: www.bbc.com