Bakıda yeni il yarmarkaları - yolkalar 150-manata, zərlər 50 qəpik - VİDEO

Bakıda yeni il yarmarkaları - yolkalar 150-manata, zərlər 50 qəpik - VİDEO

Dekabr ayının ilk həftəsindən paytaxtda yeni ili əhval – ruhiyyəsini hiss etmək mümkündür.

Artıq insanların sıx olduğu ərazilərdə yarmarkalar da quraşdırılıb. İnsanları maraqlandıran isə bu yarmarkalarda olan qiymətlərdir.
Çeşid çox, qiymət isə baha..

BAKU.TV-nin "Xəbər" buraxılışında yayımlanan sujetdə qeyd olunub ki, rəngarəng bayram yarmarkalarında eviniz üçün lazım olan hər növ şam ağacı, müxtəlif bəzək əşyalarına rast gələ bilərsiniz.

Qiymətlər hər əşyanın növünə və keyfiyyətinə görə fərqlənir. Yarmarkada ən ucuz bəzək əşyası 2 manatdan başlayaraq, 130-150 manata qədər yüksəlir.

Satıcı deyir ki, yolkalar 6 manatdan başlayaraq, 150-manata kimidir: "Məsələn bu oyuncaqlar 14 manatadır.18-20 manata var. Ölçüsündən asılıdır. Ən ucuzu 3-4 manatdır".

Digər satıcı isə bildirir ki, alıcılıq qabiliyyəti zəifdir: "Alıcılar yaxşıdır. Gəlirlər maraqlanırlar. Ən çox zər, işıq, şar, maska çox alınır. Zərlərin qiyməti 50 qəpikdən başlayır. Ən bahalısı 6 manatdır". 

Paytaxtda hər il qurulan yarmarkaların özəlliyi, burda satılan əşyaların digər mağazalara nisbətən daha ucuz olmasıdır. Ancaq çəkiliş apardığımız yarmarkalarda olan qiymətlərlə digər mağazalardakı qiymətlər demək olar ki, fərqlənmir. Hətta bəzi əşyalar var ki, mağazalarda daha ucuzdur. Məsələn, yumşaq oyuncaqlar adi mağazalarda 1 manat olduğu halda, yarmarkalarda bu qiymət 2 manatdan başlayır.

Qeyd edək ki, yarmarkalar yanvar ayının 15-ə kimi fəaliyyət göstərəcək.

BAKU.WS

Mənbə: baku.ws