DİN Astarada baş verən qətllə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Astara rayonunda baş verən qətllə bağlı məlumat yayıb.

E-huquq.az xəbər verir ki, dekabrın 8-də saat 15 radələrində Astara rayonunun Şiyəkəran kəndində yaşayan, əvvəllər Rusiya Federasiyasında qəsdən adam öldürməyə görə məhkum olunmuş S.Əliyevin evində yanğın baş verib.

Nəticədə konstruksiyalar və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra ev sahibinin qonağı olmuş həmkəndlisi Cabir Əliyevin yanmış meyiti tapılıb.

Məhkəmə-tibbi ekspertizası tərəfindən müayinə zamanı meyitin üzərində zorakılıq əlamətləri müəyyən edilib.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən aparılmış istintaq və əməliyyat tədbirləri ilə dekabrın 7-də saat 21 radələrində qeyd edilən evdə C.Əliyevin münaqişə zəminində S.Əliyevə odun parçası ilə, sonuncunun isə ona odun parçası və bıçaqla xəsarət yetirməsi, dekabrın 8-də C.Əliyev öldüyündən isə evini qəsdən yandırıb hadisə yerini tərk edərək xaricə qaçmaq istəməsi müəyyən edilib.

“İsti iz”lərlə həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən S.Əliyev saxlanılaraq istintaq təhvil verilib.

E-huquq.az

ƏVVƏLKİ XƏBƏR

Gömrükçü ermənilər tutuldular

SONRAKI XƏBƏR

Xaçmazda 5 nəfərin xəsarət aldığı qəza ilə bağlı məhkəmə başlayır