25 min dollara satılan gəlinlər: Qızları abort edib, oğlanlarına pulla qadın alırlar

25 min dollara satılan gəlinlər: Qızları abort edib, oğlanlarına pulla qadın alırlar

Çinin adı növbəti dəfə qalmaqalda çəkilir. Bu dəfə mövzu qadın alveridir. Cebhe.info xəbər verir ki, növbəti qalmaqal barədə “Associated Press" yazıb. Nəşrin yazdığına görə, satılanlar gəlinlərdir.

Qadınlara ərə veriləcəkləri vəd olunur, ancaq Çinə aparıldıqdan sonra zorakılığa məruz qalır, ev işlərinə cəlb olunur, kölə həyatı yaşayır, bəziləi hətta fahişəliyə məcbur edilirlər. Bəzi məlumatlara görə, aralarında hətta orqan ticarətinə qurban olanlar da var.

Çində məlum səbəblərdən artıq çoxdan qadın azlığı hökm sürür. Bəziləri evlənmək üçün qadın tapmaqda çətinlik çəkirlər. Onlar bunun üçün agentliyə müraciət edir, xaricdən pul qarşılığında gəlin sifariş edirlər. Bəzən müştərilər gətirilən qadınlarla birgə yaşayır, ancaq bu nikahsız yaşayış olur.

“Pacific Links" təşkilatının xəbərinə görə, gəlinlər Vyetnam, Laos, Koreyadan aparılıb. Daha sonra isə gəlinlərin gətirildiyi ölkələr dəyişib- Komboca, İndoneziya, Myanma, Pakistan.

Buna səbəb gəlinlərə olan sifarişin artması olub. “Pacific Links"in rəhbəri Mimi Bu bildirib ki, müştərilərin əsas tələbi ağdərili, sarışın qadınlar olur. Ancaq indi tələb artdığına görə müştərilər bu detallara diqqət etmir.

Şimali Koreyadan olan qadınlardan biri bildirib ki, onu hərracda Çindən olan fermer 800 dollara alıb. Daha sonra o, Çindən qaça bilib, bunun üçün yeraltı dəmir yolundan istifadə edib.

Gəlin təşkilatçıları bundan milyonlarla dollar gəlir əldə edir. Şimali Koreyadan olan qadınlar pornoqrafik onlayn şoulara cəlb olunur, Çindən olan qruplara ildə 100 milyon dollardan artıq gəlir gətirir. Pakistandakı mənbənin məlumatına görə, Çindən olan bəylər gəlin almaq üçün 25 min dollardan 65 min dollara qədər pul ödəyirlər. Bütün bu vəsait vasitəçilərə çatır, gəlinlər bundan ən yaxşı halda 5 min dollar alır. Pakistan mənbələrinin məlumatna görə, təkcə son 2 ildə 600 qadın Çinə satılıb. Kombocada isə bu say 7 minə yaxın olub.

Çində gəlin alverinə səbəb doğumun azalması və oğlanların sayının artmasıdır.

Qızlar ailələrdə istənilməyən uşaqlar olur, selektiv abortlara qurban gedirlər.

Xəzər

Cebhe.info

 

 

Mənbə: cebhe.info