Xarici vətəndaşların icbari tibbi sığorta xidmətlərindən istifadə edib-etməyəcəyinə aydınlıq gətirilib

Xarici vətəndaşların icbari tibbi sığorta xidmətlərindən istifadə edib-etməyəcəyinə aydınlıq gətirilib

Xarici vətəndaşların icbari tibbi sığorta xidmətlərindən istifadə edib-etməyəcəyinə aydınlıq gətirilib.

APA xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov deyib ki, icbari tibbi sığorta xidmətləri xarici vətəndaşlara şamil edilmir:

“Xarici vətəndaşlar icbari tibbi sığorta xidmətlərindən yararlana bilmirlər. Bu, yalnız Azərbaycan vətəndaşlarına aiddir. Amma müəyyən qrup insana miqrasiya xidməti üçün icazə verilibsə, onlar icbari tibbi sığorta xidmətlərindən istifadə edə biləcək”.

 

Mənbə: apa.az