“EuroHome”dakı yanğının səbəbi açıqlandı

“EuroHome”dakı yanğının səbəbi açıqlandı

Ötən gün Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğının ilkin səbəbləri müəyyənləşib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva bildirib ki, yanğın həmin ərazidə yerləşən kafel-metlax satışı mağazasının elektrik kabellərində başlayıb. Yanğına qısa qapanmanın səbəb olduğu bildirilir.

Qeyd edək ki, "EuroHome” tikinti materialları bazarının 5 hektar ərazisinin təxminən 2 hektarı yanıb.

Femida.az

Mənbə: femida.az