Əlcəzair səmasında “uçan naməlum obyekt”

Əlcəzair səmasında “uçan naməlum obyekt”

Əlcəzair səmasında qəribə formalı buludlar görənlərin təəccübünə səbəb olub. Buludları uçan naməlum obyektlərə bənzədiblər.

Şahidlər tərəfindən Becay şəhərinin səmasında çəkilən buludlar qürub vaxtından az əvvəl görünüb. Mütəxəssislərin sözlərinə görə, bu qeyri-adi təbiət hadisəsi lentikulyar buludlar adlanır. Təbiətdə olduqca nadir görünən hadisənin özəlliyi buludların küləyin şiddətli olmasına baxmayaraq, yerindən tərpənməməsidir.

Hadisə atmosferdə güclü horizontal hava kütlələri və yüksək rütubətlə izah olunur.

Mənbə: www.oxu.az