Şikayətə hüquqi qiymət veriləcək - VİDEO

Şikayətə hüquqi qiymət veriləcək - VİDEO

Bundan sonra Qobustan rayon Bədəlli kənd sakini Natiq Canatov Rayon İcra Hakimiyyətinin sifarişi ilə istirahət parkının və parkın yaxınlığında yerləşən uşaq bağçasının təmir bərpa işlərini öz üzərinə götürüb.

Lakin iş çox olduğundan o özü ilə bərabər bir neçə nəfər usta həmkarını da işə cəlb edib. İlkin olaraq parkın təmiri işlərinə başlanılıb. Əmək haqqına gəldikdə isə iş müqabilində parkın təmiri işlərinə 18200 manat, bağçanın təmirinə isə 5000 manat verilməsi barədə məbləğ hər iki tərəf arasında razılaşdırılıb.

Mart ayından başlayan işlər sentyabr ayında yekunlaşıb. Parkda gedən altı aylıq təmirdən sonra bağçanın təmiri işlərinə başlanılıb.

Natiq Canatov bildirir ki, işlədikləri müddətdə pul onlara kommunal təsərrüfat idarəsinin müdiri Muxtar adlı şəxs vasitəsilə özlərinin imzası əsasında hissə hissə ödənilib, lakin hər iki iş yekunlaşdıqdan sonra təkcə parkın təmiri üçün razılaşdırılmış 18000 manat məbləği ala bilib.

Qalan 5000 manatı ala bilməyib. Natiq Canatovun sözlərinə görə bununla bağlı O Qobustan rayonun icra başçısının müavini Məharət Əkbərovun qəbulunda dəfələrlə olsa da bir nəticə əldə olunmayıb.

Məsələ ilə bağlı Qobustan Rayon icra hakimiyyətinin başçısının müavini Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Əkbərovla əlaqə saxladıq.

Məharət Əkbərov bildirdi ki, aparılan abadlıq işlərinə Rayon İcra hakimiyyəti yox şəhər nümayəndəliyi nəzarət edir və vəsait də şəhər nümayəndəliyi tərəfindən ayrılır.

İndi işə qaldı məhkəməyə. İşə hüquqi qiymət verilməsi üçün şikayətçi tərəf məhkəməyə müraciət etməklə məsləyə aydınlıq gətirə bilər

Mənbə: www.realtv.az