Yeni DOST mərkəzləri açılacaq - VİDEO

Yeni DOST mərkəzləri açılacaq - VİDEO

2020-ci ildə ölkə ərazisində daha 8 DOST mərkəzinin açılışı nəzərdə tutulub.

Bunu REAL-a müsahibəsində ƏƏSM nazirinin müavini Anar Əliyev dedi. Nazir müavini qeyd etdiki bu mərkəzlərdən 2-sinin Bakıda açılması nəzərdə tutulub.

Qeyd edək ki, DOST mərkəzləri vasitəsi ilə geniş spektrdən ibarət sosial xidmətlər göstərilir. Bu xidmətlərdən 115-i birbaşa, funksional, sahəvi xidmətlər kimi göstərilir.

Ümumi olaraq DOST mərkəzləri vasitəsi ilə əhaliyə 132 xidmət göstərilir. Bu xidmətlər son deyil, bu siyahı optimallaşır və 2020-ci ildə bu siyahının daha da genişləndirilərək şaxələndirilməsi planlaşdırılır.

Mənbə: www.realtv.az