Bakının mərkəzində tələbələr “Bənövşə” oyununu oynadı, polis müdaxilə etdi – VİDEO

Bakının mərkəzində tələbələr “Bənövşə” oyununu oynadı, polis müdaxilə etdi –   VİDEO

Bakının Yasamal rayonu, Hüseyn Cavid prospektində, Azərbaycan Milli Elmlər Akademiyasının inzibati binasının qarşısındakı parkda tələbələr “Bənövşə” oyununu oynayıb.

Pravda.az-ın xəbərinə görə, ətrafa çox səs-küy yayıldığından hadisə yerinə polislər gəliblər.

Polis əməkdaşları insanların intensiv gediş-gəlişi olan yerdə bu cür toplaşmağın yolverilməz olduğunu bildirib. Polis müdaxiləsindən sonra tələbələr ərazini tərk edib.

 

 

Mənbə: pravda.az