“Təəssüf ki, ötən il bu kimi hallar bir neçə dəfə təkrarlandı və bilindi ki, buna səbəb saxta içkilərdir...”

“Təəssüf ki, ötən il bu kimi hallar bir neçə dəfə təkrarlandı və bilindi ki, buna səbəb saxta içkilərdir...”

“Azərbaycanda da ötən il bununla əlaqədar bir neçə şəxs dünyasını dəyişdi. Sadəcə Azərbaycanda deyil, qardaş Türkiyədə və Şəqri Avropa ölkələrinin bir neçəsində də bu kimi hallara rast gəlinib”

Bunu Moderator.az-a açıqlamasında qida təhlükəsizliyi üzrə ekspert İsa Əliyev saxta spirtli içkilər haqda danışarkən deyib. Ekspert AQTA bu istiqmətdə gördüyü işlərin təqdirəlayiq olduğunu bildirib:

“Təəssüflər olsun ki, bu kimi hallar təkcə spirtli içkilərdə deyil, eyni zamanda qidanın başqa növlərində də mövcuddur. Qida Təhlükəsizliyi Agentliyinin bu fəaliyyətini bir qida mühəndisi olaraq alqışlayıram və ümid edirəm kimi bu cür reydlər nəticəsində belə hallar ortaya çıxacaq. Spirtli içkilərin təbii yolla hazırlanma üsullarla və bir də sırf xərcləri aşağı salmaqla hazırlama yolları var ki, bunu da təəssüflər olsun ki, işbazlar çox edirlər. Azərbaycanda da ötən il bununla əlaqədar bir neçə şəxs dünyasını dəyişdi. Sadəcə Azərbaycanda deyil, qardaş Türkiyədə və Şəqri Avropa ölkələrinin bir neçəsində də bu kimi hallara rast gəlinib.

Hazırda bu reydlər nəticəsində bir neçə dəstənin əməli ifşa edildi və əminəm ki, bu cür dəstələr hələ də fəaliyyət göstərir və ümid edirəm ki, onlar da buna görə cəzalandırılacaqdır. İşin mahiyyəti ondan ibarətdir ki, bu içkiləri hazırlayan obyektlər qeydiyyatdan keçməyən kiçik müəssisələrdir. Onlar bir çox hallarda brend markalı şüşələrin içinə özlərinin hazırladığı keyfiyyətsiz içkiləri əlavə edirlər və bu da bir çox hallarda ölümə səbəb olur. Təəssüf ki, ötən il bu kimi hallar bir neçə dəfə təkrarlandı və bilindi ki, buna səbəb saxta içkilərdir. 2020-ci ildə AQTA aktivliyini nəzərə alaraq bu kimi halların tamamilə sıfra və yaxud da minimuma enəcəyinə inanırıq. Bir qida təhlükəsizliyi eksperti kimi gözləntimiz bunlardır”.

Vasif Əlihüseyn

Mənbə: moderator.az