AzTV-dən yeni layihə: 20 Yanvar qırğını dənizçilərin şahidliyi ilə - VİDEO

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Bədii və sənədli filmlər studiyası 1990-cı il SSRİ hərbi birləşmələrinin Bakıda törətdiyo qırğınla bağlı "Bir dəniz hünər" adlı sənədli film çəkib.

Lent.az bildirir ki, sənədli filmin ana xəttini Xəzər Dəniz Neft Donanması dənizçilərinin 1990-cı il 20-22 yanvar tarixlərində Sovet hərbi-siyasi rəhbərliyinin Azərbaycan xalqına qarşı apardığı cəza əməliyyatına etiraz edərək Bakı buxtasını sovet hərbi gəmilərinin üzünə bağlaması təşkil edir.

Ekran əsərinin ssenari müəllifi Seymur Şahbazov, rejissoru Anaxanım Abdullayevadır. Studiyanın rəhbəri isə Xalq artisti Ramiz Həsənoğludur.

Film ilk olaraq ekrana 20 yanvar tarixdə saat 21:00-da AzTV-də çıxacaq.

Xatırladaq ki, bu il 20 Yanvar faciəsinin 30-cu ildönümüdür.

 

 

Lent.az

ƏVVƏLKİ XƏBƏR

Braziliyadan Bakıya kokain trafiki: Julio Sezara 12 il həbs cəzası verildi LAKİN ƏSAS SUAL AÇIQ QALIR...

SONRAKI XƏBƏR

İranın aeroportu fəaliyyətini dayandırdı