Yuxular çin olur – qadın lotereyada 100 min dolları belə uddu

Yuxular çin olur – qadın lotereyada 100 min dolları belə uddu

Bir müddət öncə lotereya biletində başqasının avtomobil nömrəsinin rəqəmlərini yazaraq cekpotu qazanmış amerikalı barədə məlumat verilib

BAKI, 20 yanvar — Sputnik. Amerikanın Virciniya ştatının Pitersberq şəhərində yaşayan qadın yuxusunda gördüyü rəqəmləri lotereya biletinə yazaraq cekpotu qazanıb.

Sputnik Azərbaycan "UPI" agentliyinə istinadən xəbər verir ki, Pitersberqin Rouz Ceter adlı sakini bir neçə il əvvəl yuxuda 7-12-14-21-27 rəqəmlərini görüb. Qadın rəqəmləri yadında saxlayıb və lotereya oynayarkən onlardan istifadə edib. Belə ki, o, məhz bu rəqəmləri 2019-cu il dekabrın 31-də keçirilmiş lotereyanın biletinə yazıb.

Nəticədə Ceter 100 min dollarlıq (170 min manat) cekpotu udub.

Bir müddət öncə lotereya biletində başqasının avtomobil nömrəsinin rəqəmlərini yazaraq cekpotu qazanmış amerikalı barədə məlumat verilib.

50 min dollar (85 min manat) udmuş həmin şəxs məbləğin bir hissəsini qızına verəcəyini, qalan hissəsini isə gələcək üçün saxlayacağını deyib.

Mənbə: sputnik.az