Rusiya yeni qorxulu virusla bağlı ekspres-test hazırlayacaq - Koronavirus

Rusiya yeni qorxulu virusla bağlı ekspres-test hazırlayacaq - Koronavirus

Fevral ayında Rusiya Səhiyyə Nazirliyinin Strateji Planlama (CSP) və biomedikal tibbi risklərin idarə edilməsi Mərkəzi Çində üzə çıxmış yeni koronavirusun aşkarlanması üçün ekspress test hazırlayacaq.

Qaynarinfo xəbər verir ki, bu haqda yanvarın 21-də öz Telegram kanalında naqzirliyin şöbə müdirinin müavini Oleq Salaqay yazıb.

"Bu, nazirlik tərəfindən tətbiq olunan prioritet tədqiqatları dəstəkləməyə yönəlmiş strategiyanın yaxşı bir nümunəsidir. İlk nümunə, dünyada bu səviyyədə ilk rəsmi qeydə alınmış yerli Ebola peyvənddir”, - Salaqay deyib.

Mərkəzin direktor müavini German Şipulin "İzvestia”ya bildirib ki, CSP-də koronavirus 2019-nCoV ilə bağlı test mərkəzi yaradılacaq. O, qeyd edib ki, bu günə qədər bu infeksiyanın səbəb olduğu xəstəliyin klinik mənzərəsinin dəqiq bir təyinatı yoxdur, amma hər halda qrip və ya kəskin respirator virus xəstəliyinə bənzəyir.

Yanvarın 22-də Ümumdünya Səhiyyə Təşkilatı yeni bir xəstəliyin başlaması ilə əlaqədar təcili iclas keçirəcək.

Çinin Vuxan şəhərində yerləşən Vuxan Səhiyyə Komitəsinin məlumatına görə, yanvarın 19-u gecə yarısı 219 nəfər yeni növ koronavirusa yoluxub. Xəstəliyə yoluxanların 198-i vuxanlıdır, onlardan 25-i artıq sağalaraq xəstəxanalardan buraxılıb, dörd nəfərsə ölüb.

Yoluxma faktları Cənubi Koreya, Yaponiya və Taylandda da qeydə alınıb.

Mənbə: qaynarinfo.az