“İrəli” İctimai Birliyi cari ildə gənclər üçün ilk təcrübə proqramını elan edir

“İrəli” İctimai Birliyi cari ildə gənclər üçün ilk təcrübə proqramını elan edir

“İrəli” İctimai Birliyi 2020-ci ildə gənclər üçün ilk təcrübə proqramını elan edir.

Birlikdən AZƏRTAC-a bildiriblər ki, proqrama qoşulmaq istəyən gənclər insan resursları, mətbuat, beynəlxalq əlaqələr, layihələrlə iş üzrə katibliklərdə və “İrəli” Media Mərkəzində təcrübə keçmək üçün müraciət edə bilərlər. Üç davam edəcək təcrübə müddətini uğurla başa vuracaq gənclərə müvafiq şəhadətnamələr veriləcək. Təcrübə proqramına yüksək motivasiyalı, təşəbbüskar, məsuliyyətli və komanda ilə işləmə bacarığına malik 17-25 yaşlı gənclər qatıla bilərlər.

Proqram ödənişsiz əsaslarla həyata keçirilir. Ərizələr yanvarın 26-da saat 18-dək qəbul edilir. Qeydiyyat məsələləri ilə bağlı ətraflı məlumatı http://ireli.az/tecrube-q keçidindən almaq mümkündür.

Mənbə: azertag.az