“Elastiklik, plastiklik və sürüngənlik nəzəriyyəsinin əsasları” dərsliyi nəşr olunub

“Elastiklik, plastiklik və sürüngənlik nəzəriyyəsinin əsasları” dərsliyi nəşr olunub

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Materiallar müqaviməti kafedrasının müdiri, professor İsmayıl Sadıqovun “Elastiklik, plastiklik və sürüngənlik nəzəriyyəsinin əsasları” dərsliyi çapdan çıxıb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, dərslik “Elastiklik nəzəriyyəsi”, “Plastiklik nəzəriyyəsinin əsasları” və “Sürüngənlik nəzəriyyəsinin əsasları” bölmələrindən ibarətdir.

Vəsaitdə elastiklik və plastiklik nəzəriyyəsinin əsasları fənninin predmeti, əsas anlayışları və fərziyyələri barədə məlumat verilir. Dərslikdə sözügedən nəzəriyyənin inkişaf tarixinə qısa nəzər salınır, nəzəriyyələr arasındakı fərqlərdən, onların araşdırdığı obyektlərdən bəhs olunur.

Nəşr ali təhsil müəssisələrinin bakalavriat, magistratura və doktorantura pillələrində təhsil alan tələbələr, doktorantlar, professor-müəllim heyəti, habelə mühəndis-texniki işçilər üçün nəzərdə tutulub.

Mənbə: azertag.az