Pərvin Babayevanın seçicilərlə görüşləri davam edir - FOTOLAR

Pərvin Babayevanın seçicilərlə görüşləri davam edir - FOTOLAR

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən deputatlığa namizədi Pərvin Babayeva namizəd olduğu dairənin seçiciləri ilə görüşərək deputatlıq mandatı uğrunda mübarizə aparır. Iki gün ərzində Qaradağ rayonu Puta qəsəbəsinin daha sonra Sulutəpə, Xocasən sakinləri ilə görüşüb.

Pərvin Babayeva deyib: Bu gündən etibarən seçicilərimlə görüş başladı.Ilk görüşüm Qaradağ rayonu Puta qəsəbəsinin sakinləri oldu.Qapı qapı gəzərək onları narahat edən məqamlarla maraqlanıb qeydlər apardım. Puta qəsəbəsi mehriban böyük bir ailəni mənə xatırlatdı. Getdiyimiz hər qapıda gülərüzlə qarşılaşdıq. Təşviqatın ikinci günü Sulutəpə, Xocasən qəsəbələrində qonaq olduq seçicilərlə söhbət etdik. Insanlarla söhbət etmək,onları dinləmək nəinki namizəd olaraq,adi sıravi vətəndaş kimi belə xoş bir hissdir.

Mən hər zaman insanlarla ünsiyyətdə olmağı onları dinləyib söhbət etməkdən zövq almışam və bu mənim ilk deyil. Sadəcə hal hazırda mən bunu namizəd olaraq həyata keçirdirəm. Mənə inanıb səs verən hər bir seçicimə onların etimadını doğruldacağıma söz verirəm.

Mənbə: azxeber.com