Azərbaycanın ən yaşlı seçicisi kimdir və harada səs verəcək?

Azərbaycanın ən yaşlı seçicisi kimdir və harada səs verəcək?

104 saylı Gədəbəy-Tovuz seçki dairəsi üzrə 100 yaşdan yuxarı 22 nəfər seçici yaşayır.

Bu barədə həmin dairədən deputatlığa namizəd Arzu Nağıyev məlumat yayıb. Məlumata görə, onlardan 10 nəfəri Gədəbəy, 12 nəfəri Tovuz rayonunda yaşayır.

22 nəfərin içərisində ən yaşlıları, Gədəbəyin Novoivanovka kəndində yaşayan 110 yaşlı (1910-cu il) Hüseynova Hamaya Göyüş qızı və Düz Rəsullu kənd sakini 120 yaşlı (1900) Nuriyeva Şərabanı Əli qızıdır.

Mənbə: olaylar.az