Horadiz şəhəri deputatlığa namizəd Vüqar Bayramovu möhtəşəm qarşıladı

Horadiz şəhəri deputatlığa namizəd Vüqar Bayramovu möhtəşəm qarşıladı

84 saylı Füzuli şeçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramov Sumqayıt, Bakı,

Qaradağ, Şirvan və Sabirabaddan sonra Füzuli rayonunda ilk görüşünü Horadiz seçiciləri ilə

keçirib. Çoşğulu qarşılamadan mütəəssir olan Vüqar Bayramov "mən də Sizin kimi çətin həyatı, o agır illəri görmüş insanlardanam. Düşünürəm ki, eyni statusa sahib insanlar bir-birlərinin problemlərini daha yaxşı anlamaq, onların həllinə dəstək olmaq imkanına malikdirlər” deyib: "O dövrdə yaşadıgım çətinliklər mənə həm təhsil, həm də

 digər sferada daha aydın, daha çatılan bilən hədəflərin müəyyənləşdirilməsinə imkan yaratdı.

Deputatlığa namizəd niyə məhz 84 saylı dairədən namziədliyini verməsinin səbəblərini

də açıqlayıb: "Mən də məcburi köçkünəm, özümü Sizdən ayırmıram. Düşündüm ki, Füzuli

rayonundan dəstək alıb parlamentdə təmsil olunacagım halda daha çox işlər görə bilərəm, daha

çox həmyerlimə, bütövlükdə xalqıma dəstək ola bilərəm.”

Vüqar Bayramov seçicilərlə fəaliyyət planlarını da bölüşüb: "Hər zaman çalışıram ki,

müstəqil, obyektiv mövqeyimi saxlayaraq insanlarımızın sosial, iqtisadi problərinin həllinə

yardımçı olacaq təklif mexanizmi hazırlayıb gərəkli qurumlara təqdim edim. İndiki dövr üçün

vacib və əhəmiyyətli olan yeni müstəvidə millət vəkili-seçici münasibətlərinin formalaşmasına

nail olmaqdır. 9 fevralda hər birinizi seçkiyə dəvət edirəm. Kimi daha savadlı, potensiallı, layiqli

bilirsinizsə, kimin fəaliyyət planı sizə inadırıcı və vacib görünürsə, o şəxsə də səs verin.”

Sumqayıt Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru, professor Şəfa

Əliyev Vüqar Bayramov təkcə dünyada tanınmış iqtisadçı deyil, həm də əsl vətənpərvərdir:

"Hər birimizin problemləri var, ancaq Sizin məcburi köçkünlərin çətinlikləri daha çoxdur. Bu

insanların problemlərini araşdırmaq və həll etmək üçün gərək buranın, burada yaşayanların

problemlərini öz problemi kimi görən deputatlar olsun. Vüqar Bayramova səs verəcəyiniz

təqdirdə, onun xalq üçün faydalı şəxslərdən olacagına inanıram”

Sumqayıt Dövlət Universitetinin kafedra müdiri Qalib Hüseynov isə deyib ki, Vüqar Bayramov

nəinki Füzuli rayonun problemlərini araşdırılmasına, eyni zamanda ölkədə həyata keçirilən sosial

iqtisadi islahatlara dəstək verən şəxslərdəndir. Görüş seçiciləri maraqlandıran məsələlər ətrafında müzakirə və sual-cavabla davam edib.

Mənbə: sfera.az