Bakıda “Вöyük Vətən müharibəsi qəhrəmanları” layihəsi start götürüb

Bakıda “Вöyük Vətən müharibəsi qəhrəmanları” layihəsi start götürüb

Bakıda “Вöyük Vətən müharibəsi qəhrəmanları” layihəsi start götürüb.

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İkinci Dünya müharibəsində Qələbənin 75 illiyinə həsr olunan bu layihə çərçivəsində ölkənin məktəblərində açıq dərslər keçiriləcək.

Böyük Qələbə bayramı ərəfəsində keçmiş SSRİ xalqlarını şübhəsiz ki, ümumi şüar birləşdirəcək: “Qələbə hamı üçündür!”

“Вöyük Vətən müharibəsi qəhrəmanları” layihəsi Rusiyanın Azərbaycandakı səfirliyinin və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Rossotrudniçestvo”nun ölkəmizdəki nümayəndəliyi tərəfindən həyata keçirilir.

Layihə çərçivəsində Bakı şəhərindəki 91 nömrəli orta məktəbdə təşkil edilmiş ilk açıq dərs Böyük Vətən müharibəsinin iştirakçısı Məzahir Abbasova həsr olunub. Əməkdar təyyarəçi müharibədən sonra həyatını Böyük Vətən müharibəsi tarixinin elmi tədqiqatlarına, əsl qəhrəmanlıq göstərən, lakin çoxlarının tanımadığı müharibə iştirakçılarının bioqrafiyasının öyrənilməsinə həsr edib.

Açıq dərsi Azərbaycanın Rus İcmasının təmsilçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Georgi Zapletin aparıb.

Mənbə: azertag.az