Çində koronavirus xəstələri üçün daha bir mobil xəstəxana inşa olunacaq

Pekin, 25 yanvar, AZƏRTAC

Çində koronavirusun yeni ştammına (2019-nCoV) yoluxanların sayının çoxalması ilə əlaqədar Uxan şəhərində ikinci mobil xəstəxananın inşası qərara alınıb.

AZƏRTAC xəbər verir ki, virusun ən çox yayıldığı Uxanda yaradılmış xüsusi qərargahının qərarına əsasən, 1000 çarpayılıq xəstəxana təxminən 15 günə hazır olacaq.

Qeyd edək ki, yanvarın 23-də Uxanda koronavirusun səbəb olduğu sətəlcəm xəstələri üçün ilk mobil xəstəxananın inşasına başlanılıb. Min çarpayılıq həmin xəstəxananın fevralın 3-də hazır olması nəzərdə tutulub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Qafqaz Müsəlmanları İdarəsinin sədri “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə görüşüb

SONRAKI XƏBƏR

6G texnologiyasının tətbiq tarixi açıqlandı