Gəncədə namizədlər arasında dava

Gəncədə namizədlər arasında dava

Nəzərinizə çatdıraq ki, keçmiş deputat Musa Quliyev və 1-ci Qarabağ müharibəsində fəal iştirak etmiş Ramiz Quliyev Gəncə Şəhər Kəpəz rayon 40 saylı 2-ci seçki dairəsindən namizədliklərini irəli sürüblər. Ramiz Quliyev bitərəf, Musa Quliyev isə Yeni Azərbaycan Partiyasından öz namizədliyini irəli sürübdür. Bu yaxınlarda DSK-da rastlaşan M.Quliyevlə Ramiz Quliyev arasında insident yaranıb. Həmin insidentə səbəb isə Musa Quliyevin Qarabağ qazisinə qarşı işlətdiyi təhqiramiz ifadələr olmuşdur. Belə ki, Musa Quliyev R.Quliyevlə rastlaşan zaman ona “pişiklə şirin bir məclisdə nə işi var” deyərək onu təhqir etmişdir. Bu zaman onlar arasında yaranan insident əlbəyaxa dava ilə nəticələnmişdir. Dairədəki əməkdaşların məsələyə qarışması ilə onlar bir-birindən ayrılıblar.
Qeyd edək ki, Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev Musa Quliyevin bacısı qızının yoldaşıdır. Belə ki, əlbir olaraq xalqın və dövlətin mənafeyini heçə sayaraq büdcəni talamaqla məşğul olan qohumlar son illər ərzində əhalinin narazılıqlarına baxmayaraq vəzifələrindən sui-istifadə etməklə məşğul idilər. Xalqın pulu hesabına özlərinə böyük biznes imperiyası quran qohumlar Gəncədə heç kimi saymaq belə istəmirlər. Bu azmış kimi Musa Quliyevin bacısı Gülsüm Fətəliyeva də korrupsiya yuvasına çevrilmiş və daim aktualxeber.az saytının silsilə tənqidlər dərc etdiyi Gəncə Dövlət Universitetinin prorektoru vəzifəsini tutubdur.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Mənbə: hokm.az