Bakıda zibilləri yeni maşınlar daşıyacaq - FOTO

Bakıda zibilləri çeşidlənməsi prosesi genişlənsə də, məişət tullantılarının son anda eyni maşınla daşınması prosesi hələ də davam edir.

Bu barədə paytaxt sakinləri BAKU.WS-in "qaynar xətti”nə bildiriblər.

Qeyd edilir ki, paytaxtın bir çox yerində zibillər növünə görə çeşidlənir. Bunun üçün fərqli zibil qutuları qoyulur.

Bu qutular plastik, şüşə və digər tullantıların atılması üçün nəzərdə tutulur.
Lakin təmizlik işçiləri həmin tullantıların hamısını eyni maşınla bir yerə atırlar.


Əslində isə zibillər fərqli avtomobillərlə daşınmalıdır.

Məsələyə aydınlıq gətirmək üçün Bakı şəhər İcra Hakimiyyətilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən BAKU.WS-ə bildirdilər ki, bundan sonra zibil daşıyan maşınlar 2 növə ayrılacaq.
Bunlardan biri sadə, digəri isə çəhrayı rəngli yeni avtomobillərdir.

Qeyd edək ki, yeni maşınlardan 5 ədədi artıq paytaxta gətirilib. Fevral ayında daha 27 ədəd nəqliyyat vasitəsi gətiriləcək.

 

"Bu ilin aprelindən mərhələli qaydada daha 3 rayonun – Nizami, Yasamal və Nəsimi, sonrakı illərdə isə digər rayonların da mərhələli şəkildə bu layihəyə cəlb olunması nəzərdə tutulur”, - deyə məlumatda bildirilir.

 

Həmçinin bildirilir ki, yeni texnikaların tətbiqi əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəldəcək, əl əməyindən istifadəni azaldacaq, kommunal xidmətlərin mövcud avtoparkının yeniləşməsinə səbəb olacaq.

Texnika sayının artırılması şəhərin müxtəlif rayonlarında məişət tullantılarının vaxtında daşınması və şəhərin ekoloji durumunun yaxşılaşdırılmasına müsbət təsir göstərəcək



 

Anews.az

ƏVVƏLKİ XƏBƏR

Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib

SONRAKI XƏBƏR

Həkim yeni virusla bağlı bilinməyənləri açıqladı: “Bir yol daha təhlükəlidir” - BİZİM GÜNDƏM