Əkrəm İmamoğlu bu paylaşımlarına görə qınandı -FOTOLAR

Əkrəm İmamoğlu bu paylaşımlarına görə qınandı -FOTOLAR

İstanbul Böyük Şəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun zəlzələ bölgəsini ziyarət etdikdən sonra Palantökən Kayak Mərkəzinə getməsi sosial mediada gündəm olub.

Moderator.az xəbər verir ki, izləyicilər onun görüntülərini tənqid ediblər. Qırx bir nəfərin həyatını itirdiyi zəlzələ zonasıyla tanış olan Ə.İmamoğlu sonra Tuncəli bələdiyyə sədri Fatih Məhmət Maçoğluyla görüşüb.

Bir müddət sonra onun Palantökən Kayak Mərkəzinə gəldiyi ortaya çıxıb. Ə.İmamoğlunun mərkəzə girişi gizli saxlanılsa da, qonaqların onunla şəkil çəkdirərək sosial şəbəkədə yayması işin üstünü açıb.

İzləyicilər isə ölkənin zəlzələyə görə yasa boğulduğu bir vaxtda Ə.İmamoğlunun istirahətə vaxt ayırmasını etirazla qarşılayıb.

Mənbə: moderator.az