Rusiya sərhədində qaçaqmalçılıq edən azərbaycanlı tutuldu

Rusiya sərhədində qaçaqmalçılıq edən azərbaycanlı tutuldu

Rusiya sərhədində qaçaqmalçılıq edən azərbaycanlı saxlanılıb.

Lezgigazet.ru-nun Dağıstan Respublikası Sərhəd İdarəsinin mətbuat xidmətinə əsasən yaydığı xəbərə görə, Azərbaycan vətəndaşı 200 kq-dan çox siqaret qarışığı keçirməyə cəhd göstərib.

“Yaraq-Qazmalar” nəzarət-buraxılış məntəqəsində ona məxsus “Mercedes Sprinter” markalı avtomobildə 100 bağlamadan çox siqaret qarışığı aşkar edilərək götürülüb.

Qeyd edilir ki, Rusiya Federasiyasının dövlət sərhədi ilə qanunsuz mal və yüklərin daşınması, müxtəlif aldadıcı üsullardan istifadə edərək məhsulları gizlətmək qanunvericiliyin qəsdən pozulmasıdır.

Mənbə: www.oxu.az