Honkonq Çinin materik hissəsi ilə sərhədləri müvəqqəti bağlayacaq

Honkonq Çinin materik hissəsi ilə bəzi sərhədləri müvəqqəti olaraq bağlayacaq.

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, bu barədə Honkonq hökumətinin başçısı Kerri Lam deyib.

Kerri Lam bildirib ki, Çinin materik hissəsindən gələn turistlərə səyahət icazəsinin verilməsi də məhdudlaşdırılacaq.

Hökumət başçısı bildirib ki, bu qərar Çində yayılan koronavirus təhlükəsi ilə bağlıdır.

Qeyd edək ki, Honkonq dünyanın ən sıx məskunlaşılmış şəhərlərindən biridir. Xəstəliyin yayılması üçün burada ideal şərait var.

2002-2003-cü illərdə Honkonqda yayılan kəskin tənəffüs sindromuna (SARS) 1750 insan yoluxub və nəticədə 280-dən çox insan ölüb.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

İctimai Şuranın üzvləri BMU-da imtahanların gedişini izləyiblər

SONRAKI XƏBƏR

Hacı Nuran evlənmək istəyir